Elman Rüstəmovun manat açıqlamasını Qubad İbadoğlu şərh etdi
Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın cari büdcə ilinin sonuna qədər möhkəmlənmə ehtimalının olduğunu bildirib. Proqnozun nə dərəcədə real olmasını Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu “Qaynarinfo”ya şərh edib.
Ekspert ilin sonuna qədər manatın möhkəmlənməsi üçün iqtisadi amillərin əsas vermədiyi qənaətindədir:
“Ölkədəki hazırkı marko maliyyə, makro iqtisadi mühit manatın zəifləməsi üçün əsaslar yaradır. Sadəcə olaraq Mərkəzi Bankın tənzimləmə vasitələri, buxovlayıcı monetar siyasəti, məhdudlaşdırıcı fiskal siyasəti, işçi qabiliyyətinin aşağı düşməsi, alıcılıq qabiliyyətinin azalması və digər amillər imkan verir ki, manatın məzənnəsində Mərkəzi Bank istədiyi səviyyəni müəyyən dövr üçün təyin eləsin. Amma düşünmürəm ki, bu cari büdcə ilinin sonuna kimi davam edəcək. Hesab edirəm ki, bir neçə aydan sonra, manatın məzənnəsinin ucuzlaşması ilə qarşılaşa bilərik. Ölkədə aparıcı iqtisadi kursun - qeyri-neft ixracatının stimullaşdırılması olduğunu nəzərə alsaq ucuzlaşma Azərbaycan iqtisadiyyatı üçün də müəyyən stimullar verə bilər”.
Manatın məzənnəsilə bağlı proqnozları qiymətləndirən Q.İbadoğlu məzənnənin kəskin düşməyəcəyini, sadəcə milli valyutanın indiki səviyyəsi ilə müqayisədə ucuzlaşmasının baş verəcəyini qeyd edib:
“Onsuz da manatın məzənnəsi avro ilə müqayisədə ucuzlaşmaqda davam edir, sadəcə olaraq dollarla müqayisədə möhkəmlənmə müşahidə edilir. Əslində bu dünya bazarında dollarla avro münasibətlərindən qaynaqlanır. Amma istənilən halda dollara nəzərən də manatın məzənnəsinin bir neçə aydan sonra kəskin yox, yumşaq səviyyədə ucuzlaşmasını müşahidə edə bilərik.”
Elman Rüstəmovun hər dəfə manatla bağlı açıqlamasından sonra məzənnədə ucuzlaşmanın qeydə alınması ilə bağlı sualımıza cavabında iqtisadçı-ekspert bunun baş verməsi ehtimalının çox aşağı səviyyədə olduğunu bildirdi: “İnanmıram, çünki artıq o dövr deyil. Hazırkı dövrdə Elman Rüstəmovun bu istiqamətdə proseslərə təsir imkanları əvvəlki illə müqayisədə daha çoxdur. Yəni indiki halda ona inanmaq olar. Mərkəzi Banka Dövlət Neft Nondundan 7.5 milyard manat köçürülüb. Mərkəzi Bankın bu baxımdan imkanları daha geniş görsənir. İndiki halda tənzimləmə vasitələrini işə salıb valyuta məzənnə bazarında tarazılıq formalaşdırmaq imkanları daha çoxdur".
Mərkəzi Bankın manatın məzənnəsinə müdaxilə etməməsi ilə bağlı baş bankirin dediklərinə münasibət bildirən Qubad İbadoğlu bunun heç də belə olmadığını dedi: “Deyilənlərlə baş verənlər arasında fərq var. Mərkəzi Bank prosesləri nəzarətdə saxlayır. Azərbaycanda liberal bank yoxdur. Demək olar ki, hökmran mövqeyə malik olan banklar var və onlar vasitəsilə müdaxilə imkanları əvvəlkindən daha rahatdır. Banklarda inhisarlaşma daha yüksəkdir”.
NUH.az
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41