Mikayıl Müşfiq, Rafiq Tağı, Mövlud Mövlud... ölüm müstəvisində
Rasət Pirisoyu
(esse)
Təqribən iki ay qabağa qədər Azərbaycanda yazıb oxumağı bacaran adamların bəlkə də çoxu Mövlud Möludu tanımırdı. Amma indi elə bilirəm Mövlud Mövludu tanımayan yoxdu.
Mövlud Mövlud intihar etmiş Azərbaycan yazıçısıdır. Səhv etmirəmsə, 27 yaşı vardı. 1937-ci ildə qətlə yetirilmiş Mikayıl Müşfiqlə yaşıdıydı. Elə yazdıqları da Mikayl Müşfiqin yazdıqlarını xatırladırdı. Mövlud Mövlud da yazılarında gənciydi; gənc, kövrək, duyğulu...
Mən son vaxtlar Mövlud Mövludla bağlı gedən söhbətləri, keçirilən tədbirləri, çəkilən ahları bacardıqca izləməyə çalışıram.
Və bu o zaman baş verir ki, keçən əsrin sonlarında, bu əsrin əvvəllərində meydana çıxan yazıçı hərəkatı artıq küncə sıxışdırılıb.
Nəfəsi kəsilib.
Bir çoxları isə bu hərəkatdan nümayişkaranə şəkildə imtina edib.
Yazıçı işi öz ictimai dəyərini itirməyə başlayıb.
Keçən əsrin sonlarında, bu əsrin əvvəllərində Azərbaycanda çox maraqlı yazıçı hərəkatı meydana çıxmışdı.
Bu hərəkat Rafiq Tağının böyük yazıçı səyiylə, Həmid Herisçinin ideoloqluğu, başçılığı, «ey bisavadlar!» xitabıyla, Rasim Qaracanın ədəbi prodüserliyiylə, 19-cu əsr təbiri ilə desəm, intişar tapmışdı.
Bu hərəkatın fəalları, Azərbaycan üçün ənənəvi olan bir çox mövzuları, o cümlədən ölkədəki ictimai, dini, siyasi və ədəbi əxlaqı yazıçı tədqiqinə cəlb etmişdilər.
İndi Rafiq Tağı qətlə yetirilib.
İndi Həmid Herisçi ədəbi isterika içərisindədir.
İndi Rasim Qaraca öz ədəbi prodüserliyini davam etdirir. Həmişə olduğu kimi, yenə də, Azərbaycan ədəbiyyatının inkişafı üçün yuxarılara, xüsusən də Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayeva məktublar yazır.
Kövrəlir.
Heyran olur.
Kədərlənir.
Halbuki ədəbi prodüser Rasim Qaracanın görmək istədiyi o BÖYÜK işi bu gün kulis.az, sim-sim.az artkaspi. az saytları böyük uğurla həyata keçirirlər.
Artıq yazıçılıq ictimai hadisə deyil.
Bizdə yaradıcılıq artıq peşə məsələsidir.
Azərbaycanda yaradıcı peşələrin ictimai hadisə olması bilmərrə təhlükəlidir.
Azərbaycan yazıçısının özünəməsus peşə xüsusiyyətləri var. O xüsusiyyətlərdən bir nümunə: «... get, yalvar, ayaqlara düş, heyran ol, ayağa qalxıb dizlərini çırp, yaşarımış gözlərini sil, sonra istənilən meymunu, tutuquşunu, kirpini sənə bağışlasınlar. İstəyirsən apar evində saxla, istəyirsən qəfəsə sal, ya da ürəyin istəsə, görkəminə baxıb millətə hırıldamağı öyrət!!»
Elə buna görə də indi Azərbaycan ədəbiyyatında hansısa yazıçını öldürmək üçün qatil axtarmağa daha ehtiyac yoxdur.
Artıq yazıçılar özləri özlərini qətlə yetirirlər.
Azərbaycan postmodernizminin banisi postmodernist isterikaya tutulmasına baxmayaraq, artıq ədəbiyyatımızda postmodernizm tam və qəti qələbə çalıb.
İndi biz inkişaf etmiş postmodernizm dövrünü yaşayırıq.
Tezliklə postinsan kommunizmi quruculuğuna başlayacağıq.
İndi məmləkətdə Rasim Qaraca da istənilən qədərdir.
İntihar edənlərimizi də, şükür allaha, çox böyük təmtəraqla yad edirik. Gecələr yuxuda görürük, səhərlər durub bu barədə sosial şəbəkələrdə aləmə car çəkirik.
Kitablarını nəşr etdiririk.
Hətta arada gözlərimiz də yaşarır.
Allah bazar versin!
NUH.az
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
3 may 2024 18:30
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Cinayəti etiraf etməzdən əvvəl 21 dəfə Müşfiq Atakişiyevə zəng edibmiş...
14 mart 2024 07:51
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25