ELÇİN BƏDƏLOV KİMDİR?
MTN generalıyla “tenderlər kralı”nın arasında nələr baş verib?
Bazar iqtisadiyyatı azad rəqabət və şəffaf biznes mühiti tələb edir. Lakin ölkəmizdə “rəqabət” görüntüsü yaradan bəzi məmurların sayəsində, bir sıra sahələrdə nə azad rəqabəti görmək olur, nə də şəffaf biznes mühitini.
Belə ki, bəzi məmurların “cib şirkətləri” az qala hər tenderin qalibi olmaqla, dövlət büdcəsinin əsas “istismarçı”larına çevrilirlər. İlk baxışdan deyə bilərik ki, bəli, şirkət var, rəhbərliyi var, iş görür və insanlara iş verir… Lakin təəssüf ki, dərindən araşdırdıqda, bəzi iri “cib şirkətləri”nin dövlətə ziyandan başqa heç nə vermədiyini görə bilərik. O ki qaldı insanlara iş verməyə… Həmin şirkətlərdən əksəriyyəti fəhlələri müqaviləsiz işlədən kiçik podratçılar və briqadalarla işləyirlər. Bununla da, “izi azdırmaq” yolu ilə, dövlətə vergi vermək məsuliyyətindən “azad” olurlar.
Ötən ilin avqustunda ölkə mətbuatında “Nort Vest Konstrakşn” şirkəti barədə bir sıra maraqlı məlumatlar dərc olunmuşdu.
Məsələn, 2016-cı il avqustun 25-də 365info.az saytında ““Nort Vest Konstrakşn” şirkəti tenderlərdə hansı “oyunlar” oynayır?” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda bildirilirdi: “365info.az-ın redaksiyasına “Solid Construction” şirkətinin hələ ki, adlarının çəkilməyini istəməyən əməkdaşları tərəfindən verilən məlumata görə “NORTH WEST CONSTRUCTION” (“Nort Vest Konstrakşn”) şirkətinin baş direktoru İbrahim Manaflı onların şirkətinin inkişafı üçün problem yaradır.
Problem ondan ibarətdir ki, bu gün “Nort Vest Konstrakşn” şirkəti ölkədə iri tikinti-tender layihələrinin icrası üçün aşağı qiymətlər təklif edərək, tenderlərdə bu layihələrin icra haqqına sahib olur. Və onunla tender-tikinti layihələrində heç kim rəqabət apara bilmir.
Ancaq “Solid Construction” şirkətinin əməkdaşlarının dediyinə görə “Nort Vest Konstrakşn” şirkətinin rəhbəri İbrahim Manaflı aşağı qiymət verərək iri layihələrə sahib olur, hətta sonradan həmin layihələrin podratçılığını da hər şirkətə verilməyini rəva bilmir.
Misal üçün, “Solid Construction” şirkətini gələcəkdə özünə rəqib gördüyü üçün, qalib olduğu layihələrin podratçılığını ona verilməməyində böyük maraq göstərir”.
Qeyd edək ki, həmin yazıda özünü “Solid Construction” şirkətinin rəhbəri kimi təqdim edən və müxtəlif iş adamlarından bu şirkətin borclarını vermək üçün kömək istəyən Abdul Mirzoyevin də şəkli yerləşdirilmişdi.
Bu yazının dərcindən sonra, 365info.az-ın redaksiyasına zəng edən Mənsur Ağasəlim oğlu Ağamirov adlı şəxs bu şirkətin rəhbəri olduğunu bildirmişdir.
M.Ağamirovun sözlərini oxuculara təqdim edirik: “Əsası olmayan bir məlumat yayılıb, bu məlumatı hardan əldə etmisiniz, necə araşdırmısınız… Araşdırmaya davam edin, mən razı. Amma siz o xəbəri götürün, araşdırın. Adım Ağamirov Mənsur Ağasəlim oğludur. Mən özüm də hal-hazırda yüksək vəzifədə işləyirəm də… Sözümü deyirəm, sözümün ağasıyam. Nəsə tapsanız, mən özüm gəlib redaksiyanızda təsdiqləyərəm. Tapsanız eləyin, tapmasanız eləməyin də… Siz də jurnalistsiniz, qolunuz çox yerə çatır. Bizim də çox şeydən başımız çıxır da. Şirkət sahibiyəmsə, ən azından bildiyim var ki, gəlib şirkət qurmuşam, böyük şirkətlərlə işlər qurmuşam. Dövlətə vergi ödəyicisiyəm, 10 ildir vergi ödəyirəm. “Nort Vest Konstrakşn”ın rəhbəri İbrahim Manaflı mənim böyük qardaşımdır. Elə bilməyin ha, sizə zəng etməyi mənə İbrahim deyib… Gedin, kimdən istəyirsiniz, soruşun… Hamı deyəcək ki, İbrahimlə Mənsur qardaşdır. O yazını oxuyanlar da qıraqdan gülür ki, necə olur, Mənsurla İbrahim qardaşdır, amma belə şeylər yazırlar. Mən “Nort Vest”lə iş görmüşəm. O məlumatı götürün, istəyirsiniz şərt kəsək, istəyirsiniz notariusla müqavilə bağlayaq, özüm gəlib təsdiqləyəcəm. Biz də müsəlmanıq… Mən istəmirəm adım hallansın. Orda Abdulun şəklini vermisiniz, mənim dostumdur, onun heç aidiyyatı yoxdur məsələyə”.
“Mənsur müəllim, Abdul Mirzoyev şirkət adından orda-burda borc pul axtarır, deyir ki, “Solid”in vergilərə borcu var. İnsanlarda belə təsəvvür yaranır ki, Abdul Mirzoyev şirkəti birbaşa təmsil edir…”, – deyə qeyd etdik.
“Azərbaycanda bu normal şeydir. Bəli, vergilərə rəsmi olaraq borcumuz var. Azərbaycanda vergilərə borcu olmayan bir şəxs var? Borc yaranır, onu ödəmək lazımdır… Amma Abdulun şirkətə aidiyyatı yoxdur. İstəyirsiniz, onu heç götürməyin ey… Onsuz da İbrahim bilir ki, mənim onunla problemim yoxdur”, – deyə M.Ağamirov bildirdi.
Biz M.Ağamirovun hansı vəzifədə işlədiyini oxuculara hələ açıqlamırıq. Lakin oxucularda da sual yarana bilər ki, dövlət qulluqçusu hansı qanunla və hansı imkanlarla şirkət rəhbəri olub? Və görəsən, Mənsur Ağamirov kimlərə arxalanaraq, mətbuat orqanlarına özünün həm məmur, həm də biznesmen olduğunu bilidirir? (365info.az).
2015-ci ilin oktyabrında ləğv edilmiş MTN rəhbərliyi ilə bağlı ən yüksək səviyyədə qərar veriləndən sonra, xeyli sayda yüksəkçinli MTN zabitləri vəzifədən azad edildi, həbsxana həyatı yaşayanlar da oldu. Vəzifədən azad edilənlər arasında keçmiş MTN generalı Pərviz Səfərov da var idi. Pərviz Səfərov təkcə general deyildi, həm də nazirliyin Baş idarə rəisi idi və nazir Eldar Mahmudovun “yetirmələri”ndən biri idi.
Bu yazıda general Pərviz Səfərovun keçirdiyi “şanlı əməliyyat”lardan birinə epizodik olaraq toxunmaq, məsələnin etik-əxlaqi tərəflərini nəzərə alaraq çox dərinə getmək istəmirik.
Deməli, 365info.az saytına daxil olan məlumata görə, MTN generalının əməliyyatlarından birinin “obyekti” Elçin Bədəlov olub.
Ancaq bu başqa bir mövzunun yazısı olduğu üçün, bu barədə gələn yazımızda ilginc məlumatlar oxucularmıza təqdim edəcəyik.
365info.az saytına daxil olan məlumatda qeyd olunur ki, Elçin Bədəlov “North West” şirkətinə icraçı direktor təyin olunub. Və bu şirkətin baş direktoru İbrahim Manaflı şirkətin tender əməliyyatlarını Elçin Bədəlova həvalə edib. Elçin Bədəlov İbrahim Manaflıya özünü “Bəylər Əyyubovun kadrı” kimi təqdim edib, ancaq 365info.az saytının apardığı araşdırma nəticəsində bəlli olub ki, Elçin Bədəlov sadəcə hörmətli,mötəbər şəxsin adından istifadə edir. E.Bədəlovun özünə məxsus bir çox iddiaları var. 365info.az saytının jurnalisti “Port Baku”ya ekskurssiya edərək E.Bədəlovla bağlı ordan məlumat alıb.
Məlumatda qeyd olunur ki, E.Bədəlov özünü “Port Baku”da oranın kralı kimi aparır, ancaq İbrahim Manaflı orda olmayan vaxtları.
Keçən il 365info.az saytının yazdığına görə “Nort Vest” şirkətinin tender əməliyyatlarını həyata keçirən İbrahim Manaflı tərəfindən E.Bədəlova şirkətə rəhbəlik etməyə böyük səlahiyyət verilib. General Pərviz Səfərovun həyat yoldaşı Fərəh xanımla ayrılmağında E.Bədəlovun rolu və Bədəlovun Səfərov tərəfindən cəzalanmağı, sonda Səfərovun bizim jurnalistlə danışanda “Mən elə indi də Eldar Mahmudovun yanındayam” dediyi barə də şok açıqlamaları, gələn yazımızda oxucularmıza təqdim edəcəyik.
Mətbuatda “Nort Vest Konstrakşn”da Əbdürrəhman Vəzirovun qohumlarının da möhkəmlənməsi barədə məlumatlara rast gəlmək olar. Və layihələrin podratçılara verilməsi məsələsində onun qohumları maraq güdür.
365info.az-a “Solid Construction” şirkətinin əməkdaşlarının verdiyi digər məlumata görə hətta “Nort Vest Konstrakşn” şirkəti hansısa tikinti tenderində iştirak etməmək üçün əvvəlcədən Əbdürrəhman Vəzirovun qohumları layihələrdə iştirak etdiyi digər şirkətlərlə öz aralarında saziş bağlayırlar. Bu şirkətdə ən çox nəzərəçarpan fiqur Süleyman Vəzirovdur.
Bu məlumatların yayılmasından sonra, yazılarda adı hallanan Əbdül Mirzəyev adlı şəxs 365info.az-ın rəhbərliyinə zəng etmiş və təhqiramiz ifadələrlə yazıları çıxarmağı tələb etmişdi. Əbdül Mirzəyev, Mənsur Ağamirov və İbrahim Manaflı barədə yazılardan sonra cəmiyyətdə özünü Solid şirkətinin rəhbəri kimi təqdim edən Mirzəyev Əbdül Firidun oğlunun təhqir və təhdidlərinə məruz qalan sayt rəhbəri Anar Asimoğlu Qasımov DİN rəhbərliyinə müraciət etmişdi. A.Asimoğlunun özündən öyrəndiyimizə görə, Ə.Mirzəyev aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ölkənin ucqar rayonlarından birində saxlanılaraq DİN Baş MCMİ-yə gətirilmiş və jurnalistlərə qarşı bir daha təhqir və təhdidlərə yol verməyəcəyi barədə izahat yazmışdı.
Bu və digər məqamlarla bağlı araşdırmamız davam edir…
Murad İbrahimli
365info.Az
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Yeni NAZİR MÜAVİNİMİZ KİMDİR...
8 aprel 2024 14:39
- Moskvada hücumda iştirak edən Məhəmmədsobir kimdir?
23 mart 2024 15:31
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Əhmədlə bağlı şok detal: Onunla maraqlanan şəxs kimdir?
12 mart 2024 09:59
- Prezidentin general-mayor rütbəsi verdiyi Elçin Məmmədov kimdir?
11 mart 2024 21:12
- Azəriqaz - ın yeni rəhbəri məşhur şəhidin OĞLUDUR
11 mart 2024 17:43
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41