Bakı Slavyan Universitetində Beynəlxalq elmi-praktik konfransın açılış mərasimi olub
Bakı Slavyan Universiteti və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimlər Assosiasiyasının (МАПРЯЛ, Rusiya) birgə təşkilatçılığı və “Ruskiy mir” Fondunun qismən maliyyə dəstəyi ilə “Azərbaycanda rus dili və ədəbiyyatının öyrənilməsi və tədrisinin aktual problemləri: orta və ali məktəblər üçün dərslik komplekslərinin hazırlanması təcrübəsi, problemləri və perspektivləri” adlı Beynəlxalq elmi-praktik konfransın açılış mərasimi olub. Mərasimdən öncə qonaqlar universitetin foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
NUH.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BSU-nun prorektoru, professor Telman Cəfərov qonaqları tədbir iştirakçılarına təqdim edib. T.Cəfərov konfransa rus dili və ədəbiyyatının öyrənilməsi və ən aktual problemləri ilə bağlı 88 materialın daxil oduğunu qeyd edib.
Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva Rusiya-Azərbaycan münasibətləri ilə bağli geniş məruzə ilə çıxış edib. N.Əliyeva Rusiya Federasiyası və Azərbaycan Respublikası arasındakı qonşuluq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayib. Rektor bu gün ölkə başçısı İlham Əliyevin də Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini, Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini önə çəkib, rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində hər cür şərait yaradıldığını vurğulayıb. Rus dili və ədəbiyyatının ölkəmizdə tədrisinin gənc nəsl üçün əhəmiyyətindən danışan rektor regionda rusistikanın məkanı sayılan Bakı Slavyan Universitetində görülən işlər, rusistika sahəsində həyata keçirilən layihələr, elmi tədqiqatlar, müxtəlif təhsil səviyyələrində mütəxəssis hazırlığı barədə konfrans iştirakçılarına məlumat verib. BSU-nun Rusiyanın 25 qabaqcıl universitetləri ilə intensiv əlaqələrə malik olduğunu diqqətə çatdıran rektor rus dilinin orta və ali məktəblərdə səmərəli tədrisi üçün yeni nəsil dərs vəsaitlərinin hazırlanmasının günümüzün aktual problemlərindən olduğunu qeyd edib. Konfransın bu mövzuda Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və Belarusun 200-dən artıq alimini, metodist və müəllimini birləşdirdiyi nəzərə çatdırılıb.
Plenar iclasda Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimlər Assosiasiyasının Prezidenti, Rusiya Təhsil Akademiyasının Prezidenti, akad. L.A.Verbiskaya elmi məruzə ilə çıxış edib. O, Bakı Slavyan Universiteti ilə dərin əlaqələrinin olduğunu, lakin bu dəfəki gəlişində onun inanılmaz dərəcədə dəyişilməsinin şahidi olduğunu qeyd edib. Konfransın əhəmiyyətini xüsusi vurğulayan L.A.Verbiskaya bu tədbirdən sonra rus dilini öyrənənlərin sayının artacağına inandığını vurğulayıb. Tanınmış alim öz məruzəsində rus dilinin dərindən öyrənilməsinin yolunun milli dilin mükəmməl bilgisindən keçdiyini diqqətə çatdırıb. L.A.Verbiskaya rus-türk dillərinin qarışılıqlı əlaqələri barədə danışarkən 1938-ci ildə repressiya olunmuş böyük linqivist və şərqşünas alim Yevgeni Dmitriyeviç Polivanovun tarixi xidmətlərini yada salıb. O, fikrini Azərbaycanda rus dilinin bu gün çiçəklənməkdə olmasını xatırlatmaqla yekunlaşdırıb.
A.S. Puşkin adına Moskva Dövlət Rus Dili İnstitunun professoru, “Rus dili xaricdə” jurnalının redaktoru İ.A.Orexova öz çıxışında adıçəkilən nüfuzlu jurnalın qapısının azərbaycanlı alimlərin üzünə açıq olduğunu və əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı M.Zabelin Azərbaycanda 345 məktəbdə rus dilinin öyrənildiyini qeyd edib. O, konfransın adındakı “problem” sözünün yerinə düşmədiyini qeyd edib və əlavə edib ki, burada rus dili heç bir problem yaşamır.
BSU-nun tədris işləri üzrə prorektoru, layihənin koordinatoru prof. T.H.Cəfərov konfransın bölmələrdəki işi barədə məlumat verib, iştirakçıları orta və ali məktəblər üçün “Rus dili” və “Literatura” dərsliklərinin müzakirəsində fəal iştiraka dəvət edib.
Bölmələrin işinə BSU alimləri ilə yanaşı, tanınmış rusist-alimlər, professorlar İrina Orexova, David Qoçiridze, Uldanay Baxtikireyeva, Eldar Əzimov, Natalya Kulibina moderatorluq ediblər.
NUH.az
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06