BSU-da Atatürkə həsr olunmuş tədbir keçirilib
Bakı Slavyan Universitetinin (BSU) Türkiyə araşdırmaları tədris və mədəniyyət mərkəzinin təşkilatçılığı ilə 19 may Atatürkü Anma, Gənclik və İdman bayramı qeyd olunub. Tədbirin əvvəlində Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
BSU-nun Mətbuat xidmətindən NUH.az-a verilən məlumata görə, Yunis Əmrə İnstitutunun Bakı ofisinin müəllimi Fatma Büşra çıxış edərək iştirakçıları ofisin rəhbəri İbrahim Yıldırımın adından salamlayıb və Atatürkü Anma, Gənclik və İdman bayramı barədə məlumat verib. O, qeyd edib ki, Osmanlı imperiyasının I Dünya Müharibəsində məğlub olmasından sonra Türkiyə ərazisinin böyük hissəsi işğal edilib. Mustafa Kamal bu işğalı qəbul etməyərək 1919-cu il mayın 19-da Samsun şəhərində milli azadlıq hərəkatına start verib. Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən təmizlənib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may onun istəyi ilə hər il Gənclik və İdman bayramı kimi qeyd olunub. 1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olunub.
Tədbirdə çıxış edən BSU-nun Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Natiq Abdullayev Türkiyədə təhsil aldığı illərdə Atatürklə bağlı keçirilən tədbirlər barədə xatirələrini bölüşüb. N.Abdullayev 19 may tarixinin Türkiyənin şanlı səhifələrindən biri olduğunu qeyd edərək türk gəncliyini öz tarixini unutmamağa səsləyib.
Sonra BSU nəzdində Məktəb Lisey Kompleksin şagirdi Firuzə Qasımzadə, Bakı Türk Anadolu Liseyinin şagirdi Fərhad Teymurov Atatürkə həsr olunmuş şeirlər səsləndiriblər. BSU tələbələri Atatürkün gəncliyə xitabı və gəncliyin Atatürkə cavabını oxuyublar.
Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova 19 May bayramının “Bir millət, iki dövlət” sayılan Azərbaycan və Türkiyə üçün ortaq bayram olduğunu qeyd edib. “Türkün ayaq basdığı yer Vətəndir!” söyləyən X.Sultanova türk soyunun müqəddəs adət- ənənələrə sahib olduğunu bildirib.
Yunis Əmrə İnstitutunun Bakı ofisinin təhsil üzrə koordinatoru Ali İhsan Çevik yüksək təşkilatçılığa görə Türkiyə araşdırmaları tədris və mədəniyyət mərkəzinə minnətdarlığını bildirib. O,çıxışında Yunis Əmrə İnstitutunun yaranması, fəaliyyəti, burada təşkil edilən kurslar və imtahanlar barədə ətraflı məlumat verib. Yunis Əmrə İnstitutunun Bakı ofisi və Təkamül Beynəlxalq İnteqrasiya İctimai Birliyinin bərabər təşkil etdiyi "Qarabağın Səsi" layihəsindən söz açan A.İ.Çevik bildirib ki, bu layihə Qarbağ bölgəsində qaçqın həyatı yaşayan gözəl səsə sahib
istedadlı gənclər arasında keçirilir. A.İ.Çevik bildirib ki, müsabiqənin final mərhələsinin yaxın günlərdə Bakıda baş tutacaq.
Sonda Yunis Əmrə İnstitutunun fəaliyyətini əks etdirən slayd nümayiş olunub.
NUH.az
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçirilib - YENİLƏNİB
22 mart 2024 20:18
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
- Misirdə Qadın Muzeyi yaradılacaq - Səbəbini Prezident açıqladı
22 mart 2024 11:07
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Prezident Tənzilə Rüstəmxanlını təltif etdi - FOTO
21 mart 2024 23:00
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41