Cavid Qurbanovun diplomat oğlunun adı 5.5 milyonluq manatlıq qalmaqalda hallanır
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çox çalışsa da, qalmaqallardan uzaqlaşa bilmir.
Məlumata görə, C.Qurbanov QSC-yə sədr təyin edildikdən sonra həm iş, həm də şəxsi imicini müsbətə doğru dəyişməyə cəhd etsə də, vaxtilə buraxılan boşluqlar onu kölgəsi kimi izləyir. Bu isə böyük iddialar sahibi olan C.Qurbanovun yolunda ciddi maneəyə çevrilib.
Məlumatda bildirilir ki, bir neçə il əvvəldən başlayaraq, Cavid Qurbanovun İstanbuldakı konsullluğumuzda 3-cü katib vəzifəsində işləyən oğlunun adı keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərovun ailə üzvləri ilə qalmaqallı, həbslərlə müşaiyət olunan ortaq biznesdə hallanması da ona problemə yaradır:
“Həmin məlumatlarda qeyd olunurdu ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun Azərbaycanın İstanbuldakı konsulluğunda 3-cü katib vəzifəsində işləyən oğlu Şəmşir Şəmşirlinin sahibkarlıq faəliyyəti ciddi qanun pozuntsu olmaqla yanaşı, həm də onun adı Elnar Arif oğlu Əsgərov və onun xalası oğlu Emin İsmayıl oğlu Hüseynovla birgə 3,2 milyon ABŞ dolları məbləğində böyük qalmaqalda hallandı. Düzdür, sonradan Cavid Qurbanov və ya oğlu hansısa “sehirli əllərlə” bu qalmaqaldan “sivişib” çıxdı. Lakin bu qalmaqalın mürəkkəbi qurumamış indi də Cavid Qurvanovun adı “Hafka” kimi tanınan iş adamı, hazırda müflis vəziyyətdə olan oliqarx Hafiz Məmmədovun bankından (“Bank of Azerbaijan”) götürülmüş iri məbləğdə vəsaitin qaaytarılmamasında hallanır”.
Virtualaz.org saytı xəbər verir ki, “Bank of Azerbaijan”ın çökməsinə səbəb sabiq nazir Ziya Məmmədov da daxil olmaqla, bir çox oliqarxların götürdükləri milyonlarla dollarlıq krediti ödəməkdən imtina etmələridir. Yəni məsələ əslində sadədir, “Hafka”nın keçmiş ortaqları və digər oliqarxlar onun bankından pulları daşıyıblar, sonra isə qaytarmaqdan imtina ediblər. “Bank of Azerbaijan”ın borcluları arasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şirkətlərinin və yaxın adamlarının adlarına da rast gəlinir.
Məlum olur ki, Z.Məmmədovun ailə şirkəti olan “ZQAN Holding”in (sonradan adını “Qarant Holding” olaraq dəyişdi) tərkibində olan müxtəlif şirkətlər qısa müddət ərzində bankdan 5 milyon dollar və elə o qədər də manat kredit götürüblər. Bu da yetməyib, “ZQAN Holding”in maliyyə direktoru Kamran Niftəliyev öz adına bankdan 1.65 milyon manat kredit götürüb.
Habelə Z.Məmmədova və “Azəryolservis”in rəhbəri olduğu dövlərdə C.Qurbanova bağlı olan tikinti şirkətləri “Hafka”nın bankından dollar və manatla cəmi 2.5 milyona yaxın kredit alıblar. C.Qurbanovun bir başqa tikinti şirkəti isə 3 milyon manat kredit götürüb.
Göründüyü kimi, C.Qurbanovun adı bankdan üst-üstə götürülmüş 5.5 milyonluq kredit qalmaqalı ilə yenidən gündəmə daşınıb. Bəzi qüvvələr elə bu faktdan yararlanaraq, sosial şəbəkələrdə həmin 5.5 milyonluq pulun C.Qurbanovun diplomat oğlu ilə əlaqələndirməyə başlayıblar.
Xatırladaq ki, Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirli 6 il əvvəl XİN-də işə qəbul olunub və ona attaşe rütbəsi verilib. Qısa müddət sonra isə o, İstanbul Konsulluğunda 3-cü katib vəzifəsinə təyin edilib. Həmin vaxt onun vəzifəyə alınmasında da yaxın qohumu olan konsul Pərviz Ramiz oğlu Məmmədzadənin çox böyük rol oynadığı da sirr deyil.
Məlumatlı mənbə onu da bildirir ki, kompromatların bir-birini sürətlə əvəz elədiyi bir məqamda Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesində açıqlanan faktlar da Cavid Qurbanov və onun rəhbərlik elədiyi qurumun nüfuzuna ciddi xələl gətir:
“Nəzərinizə çatdırım ki, aprelin 18-də keçirilmiş iclasda təqsirləndirilən keçmiş MTN-nin zabiti Zaur Məmmədov şok ifadə verib. O, “Mən 1 may 2015-ci il tarixdə “Araz-Plast” MMC-nin ofisində keçirilmiş baxışda iştirak etmişəm. Baxışın məqsədi Elman Muradovun Ermənistan Respublikasında yaşayan erməni millətindən olan şəxslərlə əlaqələrinin aşkarlanması olub. Baxış nəticəsində bunu sübut edən sənədlər aşkarlanaraq, müvafiq protokol tərtib edilərək götürülüb”,- deyə, bildirib.
Bu sensasiyalı məsələni MTN-nin bölmə rəisi Füzulu Əliyevin açıqlamaları isə lap qızışdırıb. O, “Elman Muradovla bağlı məsələ olduqca prinsipialdır və mən bu gün bu işlə bağlı nə varsa, hamısını nöqtə-vergülünə qədər deyəcəyəm”,- deyərək, bildirib ki, “MTN-in texniki strukturları qeydə alıblar ki, Ermənistan mobil operatorlarından birinin nömrəsindən Azərbaycanda olan, Türkiyə telefon nömrəsindən istifadə edən şəxsə mütəmadi zənglər daxil olub. Araşdırma nəticəsində məlum olub ki, Türkiyə nömrəsinin istifadəçisi Azərbaycan vətəndaşı, “Araz-Plast” şirkətinin direktoru Elman Muradovdur. O da məlum olub ki, erməni şəxslə dəfələrlə telefon danışıqları zamanı E.Muradov şərti sözlərdən istifadə etməklə, biznes əlaqələrini müzakirə edib.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Elman Muradovun qardaşı Elyar Muradov “Azərbaycan Dəmir Yolları” QSC-də rəhbər vəzifədə işləyir və ölkə başçısının səfərləri zamanı istifadə etdiyi qatarı müşaiyət edən şəxslərdən biridir. Başqa sözlə, ermənilərlə əlaqədə olan şəxsin qardaşı ölkədə kifayət qədər strateji mövqedədir. 1 may 2015-ci ildə mən Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov və Baş prokurorun birinci müavini Rüstəm Usubovla şəxsən danışmışam və zəruri köməklik göstərilməsini xahiş etmişəm.
Məhkəmənin də qərarında göstərilir ki, Elman Muradov üçüncü ölkələrin ərazisində ermənilərlə görüşmüş və biznes əlaqələri qurmuşdur. Bundan əlavə, onun Türkiyə üzərindən Gürcüstan vasitəsilə Ermənistana mal göndərməsi və bunun müqabilində pul alması da aşkar edilib. Elman Muradov bunu gülünc arqumentlə əsaslandıraraq deyib ki, mən Ermənistanın pulunu bizə gətirirəm, burada pis nə var ki?
Lakin nazirlikdə dindirilən zaman Elman Muradov ermənilərlə hər hansı əlaqəsini inkar etdi. Bundan sonra bizə təzyiqlər başladı. Elman Muradov qardaşının köməyi ilə adını çəkmək istəmədiyim bir şəxsə 100 min manat rüşvət verərək, bu məsələnin ört-basdır edilməsinə nail olub. Rüşvəti alan həmin adamı bu məhkəmə zalında oturanların hamısı tanıyır, sadəcə olaraq, adını demək istəmirəm. İstintaq vaxtı müstəntiqə demişdim. Dedim, bacarırsan, get tut o adamı. Mənə cavab verdi ki, elə adamların adını burda çəkmə.
Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, mallar Türkiyədə qeydə alınmış firmadan Ermənistana satıldığı üçün cinayət işi qaldırmaq mümkün deyildi. Bu səbəbdən işi Vergilər Nazirliyinə göndərdik ki, Azərbaycan şirkətinin istehsal etdiyi məhsulların da Ermənistana yol tapıb-tapmamasını yoxlasınlar”.
Baxın, məhkəmədə düşmən ölkəylə adı hallanan şəxs Elyar Muradovun doğma qardaşıdır. O Elyar ki, hazırda “Azərbaycan Dəmir Yolları”da departament rəhbəridir. Sözsüz ki, bu faktlar kəlbəcərli Cavid Qurbanovun imicinə də təsir etməyə bilməz.
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31