Ədliyyə Nazirliyi Nuray Bayramzadə ilə bağlı qərar verdi ŞOK VİDEO
7 dekabr 2016-cı il tarixdə Quba rayon icra şöbəsində icra prosesi zamanı 10 yaşlı Nuray Bayramzadəyə qarşı zor tətbiq edilməsi, az yaşlının təzyiqə və zorakılığa məruz qalması ilə bağlı videomaterial internet portallarında və sosial şəbəkələrdə yayılandan sonra baş verən bu qanunsuzluq və qeyri-insani hərəkətlər Azərbaycan cəmiyyəti tərəfindən böyük təpki və qınaqla qarşılandı, hətta deyərdik ki, geniş ictimaiyyətin qəzəbinə səbəb oldu.
Və dərhal Milli Məclisin üzvləri Qənirə Paşayeva, Vahid Əhmədov, digər deputatlar baş verənləri kəskin qınadılar.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi olayla bağlı rəsmi açıqlama verdi: “Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir. Ölkə qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirib".
Olayla bağlı İnsan Hüquqları üzrə Müvəkkilin – Ombudsmanın da açıqlaması da diqqəti cəlb etdi: “İnternet portallarında və sosial şəbəkələrdə yayılmış videoda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Quba icra şöbəsinin icra məmurları tərəfindən məhkəmə qərarının icrası zamanı 10 yaşlı Bayramzadə Nuray Əvəz qızına qarşı azyaşlı uşağın psixoloji durumu və vəziyyəti, keçirdiyi sarsıntılar nəzərə alınmadan kobudluğa yol verildiyi, bu hərəkətlərə yol verməklə ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasının, Azərbaycan Konstitusiyasının və Uşaq Hüquqları haqqında Qanunun və digər qanunvericilik aktlarının tələblərinin pozulması halları müşahidə edilib. Bununla bağlı, Ombudsman tərəfindən məsələ dərhal nəzarətə götürülüb, qeyd olunan halların təcili araşdırılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatların bildirilməsi üçün Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə rəsmi müraciət edilib”.
Az qala bütün ölkəni silkələyən, bütün dövlət qurumlarının işə qarışdığı bu dəhşətli hadisənin nəticəsi nə oldu?
NUH.az –a daxil olan məlumata görə, az qala bütün dövlət qurumları işə qarışandan sonra Nuray Bayramzadənin atası Əvəz Bayramovun ərizəsi ilə müvəqqəti “barışıq” elan olunub, yəni məhkəmə qərarlarının icrası müvəqqəti “dondurulub”.
Daha dəqiq desək, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun qəbul etdiyi qərardada görə, Nuray Bayramzadə ilə bağlı məhkəmə qərarının icrası müvəqqədi dayandırılıb. Yəni Əvəz Bayramov istədiyi vaxt məhkəmə qərarının icrasını tələb edə bilər. Qərardad sanki Əvəz bayramovun diqtəsi ilə yazılıb.
Axı, bu problemdən çıxış yolu deyil, cənablar.
Bütün ölkə şahid oldu ki, 10 yaşlı Nuray Bayramzadə həyatında ilk dəfə gördüyü atasını qəbul etmir, onu görəndə sterss, sarsıntı keçirir. Bu məsələnin insani tərəfi.
Görək əlahəzrət hüquq nə deyir?
Məsələ ilə bağlı Nuray Bayramzadənin vəkili Balabəy Məlikova müraciət etdik. Vəkil NUH.az-a bildirdi ki: “İcra haqqında AR qanununun 70.4-cü maddəsində konkret olaraq qeyd olunur ki: “İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir”.
Bəli, qanun icranın müvəqqəti dondurulmasını deyil, yenidən məhkəməyə qaytarılmasını tələb edir.
Digər tərəfdən, Ailə Məcəlləsinin 52-ci maddəsində (Uşağın öz fikrini bildirmək hüququ) qeyd olunur ki: “Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər”.
Yuxarıda qeyd etdiyimiz qanunlar, məcəllələr isə Əvəz Bayramova və onun havadarların sərf etmir, on görə də müvəqqəti olaraq məsələni dondururlar ki, əlverişli məqamda icraat yenilənsin. Bu isə 10 yaşlı Nuray Bayramzadənin hüquqlarını pozamaq, onu yenidən stres və sarsıntıya düçar etmək, bir sözlə 10 yaşlı uşağı daimi qorxu və həyəcan altında saxlamaq deməkdir.
Digər tərəfdən videoda açıq-aşkar görünür ki, icra prosesində iştirak edən qeyri-rəsmi şəxslər, taksi şoferi Xaləddin Əmrahov, Xaçmaz regional ədliyyə idarəsindən dəvət edilmiş və Nuraya qarşı xüsusi amansızlıq edən Vüsal adlı icraçı və digərləri niyə cəzası qaldı..?
Bir sözlə, səlahiyyətli dövlət quurmları 10 yaşlı Nuray Bayramzadə ilə bağlı konkret qərar qəbul etmək istəmirlər, kimlərsə buna mane olur. Bu isə 10 yaşlı Nuray Bayramzadənin həyatını təhlükəyə atmaq deməkdir.
NUH.az
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04