İşə nazir qarışıbsa, qarşıma kiçik təkliflərlə gəlməsinlər - İfasıyla məşhurlaşan çoban
Bir neçə gündür ki, hər kəs ondan danışır. Hazırda onun Azərbaycanın ən məşhur "çobanı" olduğunu desək, yəqin ki, yanılmarıq. Bildiyiniz kimi, söhbət Neftçala rayon sakini Pərvin Səfərovdan gedir.
Klassik estradanı özünəməxsus tərzdə ifa edən Pərvin hətta o qədər məşhurlaşıb ki, onunla söhbət etmək elə də asan deyil. Elə söhbətimizə də buradan başlamışıq.
ölkə.az Pərvin Səfərovla müsahibəni təqdim edir:
- Pərvin, bir az əvvəl zəng etdim. Bildirdin ki, bir saata zəng vurarsınız, münasib olsam, cavab verərəm. Doğrusu, gözləyirdim ki, bu dəfə telefona ya prodüser, ya da menecer cavab verəcək.
- (gülür) Hələ ki elə bir vəziyyət yoxdur. - Gələcəkdə ola bilərmi? - Ola bilər, ümid var. - Hazırda nə işlə məşğulsan? - Biləsuvar regional mədəniyyət evinə gətiriblər. Burada məni yerli mədəniyyət evinə işə təyin edirlər.
- Orada işin nədən ibarət olacaq?
- Kütləvi işçi olacağam. Yəni, dərnəkçi, təşkilatçı kimi bir şey. Əslində, bu şeyi qəbul etmək istəmirəm. Çünki burada mənim inkişafım üçün o qədər də faydalı bir şey görünmür. Mənim özümün də şərtlərim olacaq.
- Məsələn?
-Deyəcəyəm ki, burada oturub fəaliyyət göstərmək istəmirəm. Səsimi, ifamı, cəmiyyət və ictimaiyyət bəyənibsə, ifaçı kimi fəaliyyət göstərmək istəyirəm.
- Toylara getmək fikrin var?
- Toy barədə, ümumiyyətlə, fikirləşmirəm. Peşəkar ifaçı olmaq, təhsil almaq istəyirəm. İlk müsahibəmdə də bunu vurğulamışam ki, peşəkar səhnələrdə çıxış etmək fikrim var.
- İndiyədək səhnədə, toyda çıxışların olub?
- Qonaq kimi getdiyim məclisdə deyiblər ki, oxu, qulaq asaq.
- Düşünürəm ki, ifanı sosial şəbəkələrə çoban qiyafəsində buraxmağın da məqsədli idi. Yəni daha böyük maraq doğurmağı üçün belə etmişdin...
- Mən kəndliyəm, təsərrüfatla məşğulam. Orada da olduğum kimi görünmüşəm. Gündəlik nə işlə məşğulamsa, necə yaşayıramsa, onu çəkmişdim. Məqsədim özümü nümayiş etdirmək deyildi. Sadəcə, cəmiyyət bunu maraqla qarşıladı.
- Sosial şəbəkələrdən istifadə edirsənmi?
- Bəli, "Facebook"da varam. Adətən "Youtube"da maraqlı videolara baxıram.
- "Youtube"da "Pervin Seferov Official" adlı akkaunt var. Bu nə zaman yaradılıb?
- İki-üç il əvvəl.
- Adətən bu kimi səhifələri məşhur insanlar yaradırlar axı.
- O, mənim xəyalım idi. "Xəzər" televiziyası çəkəndən sonra "Pərvin Səfərov əslində" başlığıyla bir xəbər də yaymışdılar. Bildirilirdi ki, guya peşəkar müğənni və bəstəkaram. Düzdür, özüm də musiqilər yazıram, amma peşəkar deyiləm. - Videolardan sonra kimsə əlaqə saxlayıb dəstək olmaq istədimi? - Zəng vurub işləmək, efirə çıxmaq üçün təklif edənlər var. Görək nə qədər real olacaq. Böyük yerlərdən zənglər gəlir. Məsələn, mədəniyyət və turizm naziri məni bu işə təyin edib, sağ olsun. Amma bu mənimçün mühüm yenilik deyil. Onsuz da, kənddə ola-ola dövlət səviyyəli tədbirlər, konsertlərdə iştirak edirdim. - Yəni yenilik deyil... - Özlərinə də demişəm ki, nazirimiz bu işlə məşğuldursa, qarşıma kiçik şeylərlə gəlməyin. İşə nazir qarışıbsa, elə bir şey olsun ki, edə bilmədiyim olsun. - Nə cür kömək olunmağını istərdin? - Yerli kənd mədəniyyət evində işə təyin ediblər. İnkişaf üçün bunun bir xeyri yoxdur. - Əgər istəmirdinsə, marağın yox idisə, niyə təklifi qəbul edib, Biləsuvara gedirdin? - Hörmətsizlik etmək istəmədim. - Əməkhaqqın nə qədər olacaq? - Təxminən 120 manat. - Kimləri dinləyirsən? - Akif İslamzadə, Rəşid Behbudov, Şövkət Ələkbərova, Azər Zeynalov kimi sənətkarlara, klassik estradaya qulaq asıram. - Sənət adamlarından kimlərlə canlı ünsiyyətin olub? - Böyük sənətkarlarla yox, amma Teymur Əmrahla ünsiyyətim olub. Zəng vurub əlaqə yaratdım, görüşməyimiz mümkün olmadı. Bu ilin yanvarında ATV-nin "Tanıdım səni" layihəsində iştirak etdim. - Çıxışın qane etmədi? - Ardı uzun məsələdir. Əslində, bir şey tələb etməsələr də, gördüm ki, nəsə umurlar. Dəstək olmadılar. - Efirə gəlmişdin? - Bəli, gəlmişdim. Orada istedadlıları axtarırlar da. Digər iştirakçıları bir həftə əvvəldən xəbərdar edirdilər. Amma mənə birbaşa zəng vurdular ki, sabah çəkilişdir, gəl. Oradakılar da təhsil almış, səhnə görmüş uşaqlardır. Mən isə fəhlə işləyirəm, traktor sürmüşəm, yollarda işləmişəm. Məşqsiz gəlib səhnəyə çıxdım, həyəcanlandım. Birinci ifam idi. - Və beləcə uzaqlaşdırıldın... - Alınmadı, şans da vermədilər. Ona görə onlardan narazı qaldım. Əslində, şans verə bilərdilər. Çünki xaric də oxumamışdım. Sadəcə, dondum qaldım, həyəcanlandım. - Münsiflər Teymur Əmrah, Gülyaz Məmmədova və Gülyanaq Məmmədova idi? - Xeyr, Gülyanaq Məmmədova yenicə ana olmuşdu deyə, orada deyildi. Bir neçə il öncə Gülyanaq xanım səsimi bəyənmişdi, bildirmişdi ki, qeyri-adi, maraqlı səsin var. Bəlkə o olsaydı, dəstək olardı. Gülyaz Məmmədovayla Teymur Əmrah oradaydı. - Onlar da dəstək olmadılar? - Teymur Əmrah dedi ki, sənə yüksək bal verəcəkdim, amma dayandın. Zaur Baxşəliyev özü də onlara təsir elədi ki, dayandın, belə-elə... Amma canlı efir deyildi. Bir dəqiqə vaxt lazım idi ki, özümə gəlim, təzədən çəksinlər. Sadəcə, Zaur Teymura və Gülyaza təsir göstərdi. Halbuki digər iştirakçılardan xaric oxuyanlara da şans verirdilər. - Musiqidən başqa xüsusi marağın olan hansı sahələr var? - Elektron cihazlara marağım var. Özüm "krosnu" antena qururam, kompüter format edirəm, proqram yazıram. Özümü məşq etdirirəm. - Bunları haradan öyrənmisən? - Heç kim öyrətməyib, ordan-burdan maraqlanıb öyrənmişəm. - Son olaraq deyəcəyin varsa, buyur. - Özüm də sosial şəbəkədə baxdım və reaksiyaları görüncə sevindim. Bəyənən hər kəsə də təşəkkür edirəm. Məqsədim istedadımı daha faydalı istifadə etməkdir.
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var ...
10 aprel 2024 19:48
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
10 aprel 2024 11:19
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Yeni NAZİR MÜAVİNİMİZ KİMDİR...
8 aprel 2024 14:39
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Nazir sabiq baş həkimə vəzifə verdi (FOTO)
5 aprel 2024 11:15
- Arvadımın ölümündə mənim əlim olub - Qazaxıstanın sabiq naziri
4 aprel 2024 12:03
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20