Azərbaycan düşməni iflic edəcək silah hazırlayır - ARAYIŞ
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sonuncu iclasında olduqca önəmli məqama toxunub. Nazir çıxışı zamanı nazirliyin yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başladığını diqqətə çatdırıb.
Y.Camalov bildirib ki, bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq:
“Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq”.
Nazirin çıxışı zamanı diqqətə çatdırdığı elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ölkəmiz üçün olduqca vacibdir. Müasir dövrdə baş verən döyüşlərdə bu sistemlərdən istifadə xüsusi yer tutur.
Elektromaqnit impuls qurğusu və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombası nədir?
Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, elektromaqnit impuls qurğusu radioelektron mübarizə sistemidir. Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində belə məhsul yaradılır:
“Bunun ilk nümunəsi ötən ilin sentyabr ayında ADEX-2016 sərgisində nümayiş etdirilib. Nazirliyin elmi-tədqiqat institutu həm GSM dalğalarını, həm də GPS sistemini bloklayan sistemi nümayiş etdirdi. Radioelektron mübarizə sistemlərinin yaradılması çox ciddi məsələdir. Bu Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Dünyada radioelektron mübarizə sistemlərini hərbi sənayesi kifayət qədər inkişaf etmiş ölkələr istehsal edir. İstehsal edən ölkələrin çoxu buradakı kodları vermir. Çünki o kodları verəcəyi ölkə bunu dəyişə bilər və ya öz kodlarını əlavə edə bilər. Ona görə də bu sahədə milli sistemlərin yaradılması vacibdir. Çünki müharibələr getdikcə kontaksız müharibələrə keçir. Bu sistemlər döyüş əməliyyatlarından öncə düşmənin bütün cihazlarını, texnikasını sıradan çıxarmağa imkan verir. Həmçinin bu sistem siqnalla işləyən partlayıcıları da bloklayır, pilotsuz uçuş aparatlarını sıradan çıxarır. Bu sistemin yerli müəssisələrdə yaradılması Azərbaycanın irəli gələn tələblərindən asılıdır”.
Hərbi ekspert qeyd edib ki, radioelektron mübarizə sistemləri müasir müharibələrdə mühüm əhəmiyyət kəsb edir.
“1991-ci ildə “Səhrada tufan” əməliyyatı, 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi, 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsində, həmçinin Liviyaya NATO qoşunlarının müdaxiləsində radioelektron mübarizə sistemlərindən geniş istifadə olunub. Ukraynadakı lokal münaqişədə, Suriyada döyüş əməliyyatlarında bənzər sistemlərdən geniş istifadə olunub. Həmçinin Türkiyə Suriyaya qoşun yeridərkən “ASELSAN” şirkətinin “Koral” radioelektron mübarizə sistemindən istifadə etmişdi. Bu sistemlər düşmənin radioelektron mübarizə vasitəsini, radiorabitəsini, radarlarını, naviqasiya sisteminin və eləcə də bu kimi texnologiyalarla çalışan texnikalarını sıradan çıxarmaq gücünə malikdir. Onun vasitəsilə hava hücumundan mübarizə sistemlərinin çaşdırılması və yaddaş sisteminin qarışdırılması mümkündür. GPS naviqasiya sistemini blokladığımız zaman helikopterlər və təyyarələr bundan istifdə edə bilmir. Həmçinin bu sistemdən istifadə edən müasir texnikaların hamısı fəaliyyətsiz vasitəyə çevrilir”.
R.Süleymanov sərhədyanı dövlətlərin hər birinin, Rusiyanın xüsusilə bu sistemə diqqət yetirdiyini deyib:
“Rusiya həm Cənubi Qafqaz, həm də Şimali Qafqazda yerləşən birləşmələrinin arsenalında radioelektron mübarizə vasitələri yerləşdirib. Bunlar uzaq məsafədən istənilən ağıllı texnikaları, radioelektron vasitələri, telefon sistemlərini sıradan çıxarmağı bacarır. Bu da döyüş zamanı idarəetməni sıradan çıxarır və nəticə etibarı ilə döyüşən bölmələr arasında rabitə əlaqəsi itir. Texnikalar heç bir işə yaramır”.
Hərbi ekspert vurğulayıb ki, yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ilə Azərbaycan bu sahədə ixtisaslaşmış azsaylı ölkələrdən biri olacaq:
“1999-ci ildə Yuqaslaviya müharibəsində ABŞ ordusu radioelektron mübarizə funksiyasını yerinə yetirən “AWACS” təyyarəsindən istifadə etmişdi. Bu Yuqaslaviyanın elektron sistemlərini, radalarını sıradan çıxarmışdı. Eyni zamanda qrafit bombaları tətbiq edildi. Bu bombalar ərazidə ildırım çaxmasına bənzər effket verir. Bu bombaların partlaması zamanı impulslar elektrik enerjisi sistemini və teleötürücü stansiyanı sıradan çıxarır.
Bu elektron cihazları sıradan çıxaran ixtisaslaşmış texnologiyadır. Biz bu sahədə nailiyyət əldə edəriksə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın azsaylı belə texnologiyalara malik olan ölkələrindən birinə çevriləcək. Bu, bizim üçün olduqca önəmlidir. Bu sistemlərdən istifadə qarşı tərəfdə iflic vəziyyəti yaradır. Qarabağda Sərsəng elektrik stansiyası üzərində impulslu elektromaqnit şüa verən aviasiya bombasını partlatmaq kifayətdir ki, bununla Dağlıq Qarabağ zülmətə qərq olsun. Bu çox müasir bir cihazdır və olması vacibdir. Hazırda çox az ölkə bunu istehsal edir”.
NUH.az
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31