“Şirkətlərin saytları qeyri-işləkdir” - Prezidentin köməkçisi
İqtisadiyyat17 aprel 2017 15:54
Yevlaxda keçirilən "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə bəzi sahibkarlar qablaşdırma sahəsindəki problemlərə toxunub.
APA xəbər verir ki, iş adamlarının əksəriyyəti şüşə məmulatlarının idxaldan asılılığına diqqət çəkib.
"Azərbaycanda iri şüşə məmulatların istehsalçısı fəaliyyət göstərir. Onlardan biri də "İnterGalss" şirkətidir. Amma həmin şirkətin istehsal etdiyi məhsullar idxal olunan məhsuldan bahadır. Bundan başqa, əsas problemlərdən biri də odur ki, "İnterGlass" və bu kimi şirkətlərin istehsal gücü aşağıdır", - deyə sahibkarlardan biri qeyd edib.
Sahibkara cavab olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, "İnterGlass" artıq ikinci istehsal xəttinin qurulmasına başlayıb. "Müvafiq avadanlıqlar alınıb. Həmin avadanlıqların quraşdırılması ilə bağlı üç ölkənin mütəxəssisləri ilə danışıqlar aparılır. Yaxın vaxtda ikinci xətt işə salınacaq. Bununla biz yaşıl şüşənin istehsalına start verəcəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, ölkə ərazisindəki yataqlar araşdırılıb və məlum olub ki, yaşıl şüşə istehsalı üçün lazım olan qum Azərbaycanda var, ağ şüşə istehsalı üçün lazım olan qum ölkəmizdə yoxdur. Böyük ehtimalla, həmin qum Rusiyadan idxal olunacaq. Bundan başqa, biz şüşə istehsalı ilə bağlı ayrıca bir proqram hazırlamışıq. Bir məsələyə diqqət çəkmək istəyirəm ki, bu gün "İnterGlass"ın həyətində olan hazır şüşə materialları 3 aydır satılmır. Mən istərdim ki, bu məsələ sahibkarlarla müzakirə olunsun. Məhsulun satışında problem var", - deyə ASK prezidenti qeyd edib.
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə ASK prezidentinə müraciət edərək bildirib ki, şirkətlər arasında kommunikasiyanın qurulmasında problemlər var: "Şirkətlərin internet saytları qeyri-işlək vəziyyətdədir. Məndə bəzən elə təsəvvür yaranır ki, sahibkarlar həyata keçirdiyi layihələr, istehsal etdiyi məhsullar barədə ancaq özləri xəbərdardır. Mən tez-tez şirkətlərin saytlarını izləyirəm. Elə şirkət var ki, saytını sonuncu dəfə 3 il bundan öncə yeniləyib. Tutalım, bu gün bir şirkət məhsul idxal edir, amma həmin məhsulu başqa bir yerli şirkət ölkəmizdə istehsal edir və bunların bir-birindən xəbəri yoxdur. Kommunikasiya düzgün qurulmalıdır. Müştərilər şirkətlərin saytına daxil olan zaman istehsal olunan məhsullar barədə ətraflı məlumat almaq imkanını qazanmalıdır. Şirkətlər saytlarını aktiv şəkildə idarə etməlidir. Biznes bu cür qurulur".
ASK prezidenti N.Əmirovun iradı ilə razılaşıb: "Məsələ çox düzgün qaldırılıb. Kommunikasiyada ciddi boşluqlar var. Bu problem aradan qaldırmağa çalışacağıq".
NUH.az
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
10 aprel 2024 11:19
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya