Azərbaycanlı aparıcıların canlı efirdəki bağışlanmaz səhvləri - VİDEO
Cəmiyyət13 aprel 2017 21:21
Bu gün gənclərin əksəriyyəti aparıcı olmaq arzusundadır.
Lakin aparıcı demək, veriliş ərzində kolbasa reklamları ilə şou nümayəndələrinin mahnılarını təqdim etməkdən ibarət deyil. Aparıcı böyük kütləyə sözünü yeritmək və onları yönləndirmək kimi xüsusiyyətə malikdir. Təəssüf ki, telekanallarımızın əksər aparıcıları nəinki özlərini inkişaf etdirmir, hətta nöqsanlarını görməkdə də acizdirlər. Bu aparıcılardan bəziləri cümlədə eyni sözdən dəfələrlə istifadə edir, bəzisi hələ də sözləri düzgün tələffüz etmir, kimisi də qurduğu cümlələr arasındakı əlaqədən xəbərsizdir.
Telekanallarımızdakı aparıcıların qüsurlarından teletənqidçi, televiziya xadimi Elçin Əlibəyli danışıb:
“Gəlin sualımızı iki hissəyə bölək. Söhbət söz ehtiyatından gedirsə, aparıcının söz bazasının olması üçün gərək kifayət qədər mütaliəsi olsun. Bu mütaliə üçün ancaq dünya və Azərbaycan ədəbiyyatı yox, həm də publisistik ədəbiyyat olmalıdır. Aparıcının sözü tükəndikdə, o, məcburdur ki, vaxtı doldursun. Hər aparıcı verilişdəki çıxışlarını bölgüyə ayırmalıdır. Tutalım ki, aparıcı 15 dəqiqə danışacaqsa, həmin vaxta nələr sığışdırmalı olduğunu bilməlidir. Bu isə böyük peşəkarlıq tələb edir. Bunun üçün universitet bitirmək lazım deyil. Oturub dünyadakı aparıcıları izləmək lazımdır. Orta statistik söz ehtiyatımız 1500-dür. Azərbaycan dilində 120 min söz var və bunun 30 mini işləkdir. Gəlin baxaq, bu 30 min sözdən aparıcılarımız neçəsini bilirlər? Məsələnin ikinci tərəfi sözlərin düzgün tələffüzüdür. Aparıcılara artikulasiya məşğələləri keçilməlidir. Heyf ki, bizdə televiziya aparıcıları yetişdirən ali təhsil ocağı yoxdur. Əksəriyyəti təsadüfən efirə çıxan adamlardır. Buna görə həm söz tapmırlar danışmağa, həm də tapdıqları söz cümlələrinə uyğun gəlmir”.
Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli də mövzuya münasibət bildirib:
“Dil qüsuru cəmiyyəti narahat edən əsas məsələlərdən biridir. Xəbər aparıcılarını qismən yaxşı hesab etmək olar. Ən çox dil problemlərinə analitik, əyləncə və şou xarakterli verilişlərdə rast gələ bilərik. Çünki bura cəlb olunan aparıcılar çox vaxt təcrübəli olmurlar. Onların verilişlərinə çağırdıqları qonaqlarda da bir çox qüsurlar olur. Aparıcılar çox quru, sxematik danışırlar və obrazlılıq yoxdur. Şou verilişinin aparıcılarına daha çox məsuliyyət düşür. Çünki daha sərbəst mühitdədir və söz ehtiyyatı tələb edir. Ümumiyyətlə, gərək yenidən aparıcılar arasında monitorinq aparılsın. İndi aparıcılar haqda danışmaqda çətinlik çəkirəm. Kanallar arasında "Space" telekanalı xüsusi ilə diqqət çəkir. Orda qüsurlar ciddi gözə çarpır. Verilişə 6 dəqiqə baxanda, aparıcının da, verilişin də səviyyəsi ortaya çıxır. Radiolarda öz adlarını Dj qoyurlar, ancaq nə musiqi hazırlıqları, nə də dil hazırlıqları var, gəlib mikrofon qarşısına çıxıblar”.
NUH.az
Oxşar xəbərlər
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
Xəbər lenti
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
Video & Fotoqalereya
Video
Fotoqalereya