Vəkil şikayətçi Rahib Hüseynovun yazdıqlarını böhtan adlandırdı
«Təzadlar»ın ötən saylarında Bakı şəhər sakini Rahib Hüseynovun (həmçinin onun vəkili Sevil Hacıyevanın) keçmiş qaynatasının barəsində ittiham dolu şikayət ərizəsi dərc olunmuşdur. Dünən qarşı tərəfin vəkili tərəfindən redaksiyamıza təkzib (cavab) məktubu daxil olmuşdur. «KİV haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq qarşı tərəfin cavab haqqını taıyır və qanunun tələblərini əsas tutaraq aşağıda olduğu kimi təqdim edirik:
“Təzadlar” qəzeti redaksiyasına!
Hörmətli redaksiya! «Təzadlar» qəzetinin 04 aprel 2017-ci il tarixli sayında hüquqlarını müdafiə etdiyim Ə.Qocayevin şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayılmışdır, bu məlumatlar açıq-aşkar böhtandır. Yazılanlardan məlum olur ki, R.Hüseynovun barəsində 2013-cü ilin avqust ayından bui şlə bağlı istintaq aparılır və indiyə kimi R.Hüseynov verdiyi çoxsaylı izahat, ifadə və şikayətlərində, eləcə də vəkili S.Hacıyeva tərəfindən qaldırılan məsələlərdə, yaxud da Rahib Hüseynovun anası və atası tərəfindən edilən müraciətlərdə bir dəfə də olsun təmsil etdiyim şəxsin özünün, yaxud ailə üzvlərinin adını çəkməmişlər. Buradan belə bir sual yaranır ki, nədən son həftələrdə bu şəxslər aparılan istintaqda və məhkəmədə deyil, məhz KİV-lərdə məlum yazıları ilə fəallıq göstərir, canfəşanlıq edirlər? Onların məkrli niyyəti məlumdur. Kampaniya şəklində təmsil etdiyim şəxsə qarşı səfərbər olublar. Onların əsl niyyəti budur ki, təmsil etdiyim şəxs və ya onun ailə üzvləri ətrafında böhtanları yayıb qanunsuz təsir etməklə onlara maddi və digər kömək olunmasına nail olsunlar. Onlar bununla həm də özlərini qurban kimi göstərməyi hədəfləyiblər.
R.Hüseynovun səlahiyyətli orqanlara ünvanladığı və öz xətti ilə yazdığı 29.10.2016- cı il tarixli və notariat qadasında təsdiq etdirdiyi 31.10.2016-cı il tarixli ərizələri vardır. R.Hüseynov həmin ərizələrdə göstərir ki, təmsil etdiyim şəxsin və ya ailə üzvlərinin heç birinin onun düşdüyü vəziyyətdə iştirakı və ya günahı yoxdur. O, yazır ki, gələcəkdə də təmsil etdiyim şəxsə və ya onun ailə üzvlərinə qarşı heç bir əmlak və pul tələbi, yaxud şikayəti olmayacaq, əgər şikayət edərsə, məsuliyyət onun özünün üzərinə düşür. R.Hüseynov bu ərizəsini sərbəst olaraq öz iradəsi ilə notariusun hüzurunda yazıb imzası ilə təsdiq etmişdir. Qeyd edim ki, hazırda da Rahib Hüseynovun barəsində Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində AR CM-nın 178.3.2 (Külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işinin istintaqı aparılır.
Sonda bir daha qeyd edirəm ki, təmsil etdiyim şəxs barəsində böhtan yayan şəxslər aidiyyəti üzrə məhkəmədə xüsusi ittiham qaydasında şikayətə cavab verməli olacaqlar.
Mən sizə Rahib Hüseynovun öz xətti ilə yazdığı çoxsaylı yazılarının və notariusda təsdiq olunmuş ərizələrinin bir hissəsini təqdim edərəm və xahiş edirəm, “KİV haqqında” qanunun tələblərinə uyğun olaraq bizim mövqeyimiz kimi olduğu kimi dərc edin, qoy ictimaiyyət tanış olsun, Rahib Hüseynovun və onun böhtan və şər-şəbədə ilə məşğul olan komandasının əsl niyyətlərini bilsin, kimin haqlı, kimin haqsız olduğu cəmiyyətə bəlli olsun. Xahiş edirəm, nəzərə alasınız.
Hörmətlə,
Azər Quliyev, Bakı şəhəri, 11 saylı Hüquq Məsləhətxanasının vəkili
REDAKSİYADAN: Vəkil Azər Quliyevin redaksiyaya təqdim etdiyi digər sənədlərin, həmçinin digər KİV yazılarının birgə müzakirəsi zamanı başqa bir maraqlı məsələ də diqqəti çəkib. Məlum olur ki, həqiqətən də bir müddət əvvəl R.Hüseynov mətbuatda çıxış edib, keçirdiyi mətbuat konfransında «Azərbaycandəmiryolu» İdarəsinin keçmiş rəisi Arif Əsgərovun və onun oğlu Elnar Əsgərovun, həmçinin Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun və oğlu Qoşqar Zeynalovun adını hallandırıb, ünvanlarına sərt ittihamlar səsləndirib. Və bu yazı və ya müraciətlərdə heç bir vaxt vəkil A.Quliyevin hüquqlarını müdafiə etdiyi Ə.Qocayevin adı hallandırılmayıb. Təbii sual yananır: bəs necə olur ki, indi birdən-birə R.Hüseynov və onun vəkili tərəfindən Ə.Qocayevin və ya ailəsinin adı intensiv surətdə hallandırılır, bir sıra ciddi ittihamlar səsləndirilir? Buna səbəb nədir??? Bəlkə hansısa gözəgörünməz gizli qüvvə aranı qarışdıraraq “bulanıq suda balıq tutmaq”, keçmiş qohumların arasındakı “nisbi sakitliyi” pozaraq hansısa niyyətini həyata keçirmək istəyir??? Bəlkə əksinə, həmin gözəgörünməz qüvvə həm də R.Hüseynovu nəyəsə inandıraraq ona əvvəlki ittihamlı ünvanlardan-«Azərbaycandəmiryolu» İdarəsinin keçmiş rəisi Arif Əsgərov və onun oğlu Elnar Əsgərovu, həmçinin Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və onun oğlu Qoşqar Zeynalovu “unutduraraq” yeni münaqişə ünvanı seçmək imkanı yaratmaq niyyətindədir??? Hər halda, istintaq gedir və tezliklə bu istiqamətdə də yəqinki bulanıq sular durulacaq, əsil həqiqət ortaya çıxacaq…
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Putini QULDUR adlandırdı - Video
16 mart 2024 10:49
- Tokayev Qazaxıstanı Qızıl Ordanın varisi adlandırdı
15 mart 2024 17:52
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56