İcra başçısı qaçqının evini yıxır: “Deyir, evinizi Sarkisyandan istəyin”
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Kəlbəcərdən olan məcburi köçkün ailəsinin evini sökdürür.
Bu barədə BakiPost.az-a ailənin başçısı Akif İsgəndərov məlumat verib. Bildirib ki, 2009-cu ildə Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi ev icra başçısıyla bələdiyyə arasındakı problemlə görə sökülür: "Həmin ildə pul verib Göygöl rayon Xanlar qəsəbəsindən 8 sot torpaq almışam. Torpaq da mənə sənədlə verilib. Elə 2009-cu ildə də ev tikmişəm. Artıq 5 ildir ki, həmin evdə yaşayırıq.
İndi bələdiyyə ilə icra hakimiyyəti arasında hansısa problem yaranıb. Aralarında pul davası var. Ona görə də bələdiyyə mənim evimi sökdürür”.
Zərərçəkənin sözlərinə görə, icra nümayəndələri aprelin 3-nə kimi evdən çıxmaları üçün onlara vaxt qoyub: "Problem yaranandan sonra Gəncə şəhər Məhkəməsinə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxartdı ki, ev sökülməsin. Amma sonradan onlar Ali Məhkəməyə verdilər. Təzyiqlər nəticəsində məhkəmə onların xeyrinə qərar çıxartdı. İcra işçiləri mənə 2 gün vaxt qoyublar. Deyirlər çıxmasan da evi sökəcəyik. Aprelin 3-ü sonuncu gündür. Mən də orada 100 minlik ev tikmişəm. Niyə sökürlər? Hətta mənə sığınacaq belə vermirlər. 2 körpə uşaqla ailəmi çölə atırlar. İcra işçilərinin də əlində məhkəmənin qərarı var. Ona görə də evi sökməyə ixtiyarları var. İcra başçısı və bələdiyyə isə heç bir tədbir görmür. Əgər beləydisə, niyə mənə vaxtında icazə verirdilər evi tikməyə? Qonşuluqda o qədər sənədsiz ev tikənlər var. Onların evləri sökülmür. Amma mənim evimi sökürlər. Niyə sökdüklərini də demirlər. Bir ailəni çöldə qoymaq bu qədər asandır?”
A.İsgəndərov məsələ ilə bağlı prezident İlham əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladıqlarını qeyd edib. İsgəndərovlar ailəsi ölkənin rəhbər şəxslərindən onlara kömək etmələrini xahiş ediblər: "Cənab prezident məcburi köçkün ailələri üçün evlər tikdirir, onların şəraitinin yaxşılaşdırılması üçün tapşırıqlar verir. Amma yerlərdəki nümayəndələr biz köçkün ailələrinə qan uddururlar. İmkan vermirlər öz pulumuzla tikdiyimiz evimizdə rahat yaşayaq. Bizi hansısa davanın qurbanı edirlər. Deyirlər, gedin Ermənistandan Kəlbəcəri istəyin, qoy sizə ev versin. Bizi öldürməkdən betər ediblər. Belə getsə, evə od vurub içində ailəm və özümlə birlikdə yandıracağam”.
Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi məsələ ilə bağlı BakiPost.az-a açıqlamasında bildirib ki, ev Ali Məhkəmənin qərarı əsasında sökülür: "Həmin şəxs kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaşayış evi inşa edib. Ona görə də qərar verilib ki, ev sökülsün. Bu da Ali Məhkəmənin qərarıdır”.
İcra nümayəndəsi "bəs icra hakimiyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikilməsinə niyə icazə verib” sualına israrla "Ali Məhkəmə sökülməsinə qərar verib” cavabını verdi.
NUH.az
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 2024 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 2024 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 2024 12:47
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- İşdən çıxarılan məşhur cərrah danışdı
8 may 2024 10:22
- Novruz Məmmədov vəzifəsindən azad edildi
7 may 2024 15:58
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
7 may 2024 01:20
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41